Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təbiət Elmləri fakültəsinin məzunları yenidən universitetdə
Yerləşdirilmə tarixi : 17 May 2025 10:15
Təbiət Elmləri fakültəsinin məzunları yenidən universitetdə
 Mayın 17-də Sumqayıt Dövlət Universitetində Təbiət Elmləri fakültəsinin 2000-ci il məzunları 25 ildən sonra bir araya gəliblər. Tədbirdə universitetin  Karyera və Məzunlarla İş Mərkəzinin direktor əvəzi Ruhəngiz Əmirova və fakültə müəllimləri iştirak ediblər. Ruhəngiz Əmirova çıxış edərək bildirib ki, belə görüşlər nəinki keçmişi yada salır, həm də məzunlarla universitet arasında bağların möhkəmlənməsinə xidmət edir. Görüş zamanı məzunlar tələbəlik illərinə qayıdaraq o dövrün unudulmaz xatirələrini bölüşüb, müəllimlərinə təşəkkürlərini bildiriblər. Rəsmi hissədən sonra xatirə şəkilləri çəkilib, səmimi söhbətlərlə tədbir davam edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az