Tələbələrimiz bərpa olunan enerji mövzusu üzrə təlimdə
Aprelin 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsi Energetika kafedrasının təşəbbüsü və Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə "Bərpa olunan enerji mənbələrindən istifadə: reallıqlar və çağırışlar" mövzusu üzrə təlim keçirilib.
Tədbiri açan SDU Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev cari təlimin mövzusunun aktuallığından söhbət açdı. Müasir dövrdə alternativ və bərpa olunan enerji mənbələri üzrə kadr hazırlığına olan tələbatın artdığını qeyd edən fakültə dekanı tələbatın ali məktəblər qarşısında yeni vəzifələr qoyduğunu, fakültədə yeni tədris proqramlarının hazırlanması istiqamətində addımlar atıldığını qeyd etdi. Energetika kafedrasının müdiri, dosent Xəyalə Əliquliyeva təlimin mövzu üzrə universitetdə keçiriləcək beynəlxalq konfransa hazırlıq çərçivəsində təşkil olunduğunu vurğuladı. Karyera və Məzunlarla iş Mərkəzinin direktor əvəzi Ruhəngiz Əmirova çıxış edərək universitetdə bu istiqamətdə aparılan işlərin məzunların gələcək karyerasında rol oynayacağına əmin olduğunu bildirdi. Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə mütəxəssislərdən biri, "SolarAgroWater" layihəsinin müəllifi və rəhbəri Kənan Arifli bu mövzunun ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu xatırlatdı. Bərpa olunan enerji sahəsində dövlət siyasətinin ölkənin enerji təhlükəsizliyinin təminatı üçün strateji rolundan danışdı. Ölkəmizdə bu yönümdə konkret layihələrin həyata keçeirildiyini qeyd edən təlimçi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası 230 MVtlıq günəş elektrik stansiyası, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası barədə geniş məlumat verdi.
Sonda tələbələrin sualları cavablandırıldı.