SDU tələbələrinin iCET proqramı çərçivəsində praktik dərsləri uğurla başa çatıb
Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla iş Mərkəzinin təşkilatçılığı, STP Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Mühəndislik fakültəsinin tələbələri üçün təşkil olunan “Sənaye birgə mühəndislik təlimləri” (Industry-Connected Engineering Trainings – iCET) proqramı uğurla başa çatıb. Proqram çərçivəsində “Elektrik və elektronika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr Sumqayıt Texnologiyalar Parkının ASSAN STP Panel və Kabel zavodunda praktiki dərslərdə iştirak ediblər. Praktiki dərslər SDU-nun Mühəndislik fakültəsinin təcrübəli müəllimləri – dosent Mətləb Salmanov və baş müəllim Asim Harunov tərəfindən aparılıb. Sonda tələbələrin əldə etdikləri bilik və praktiki vərdişlər sənayedə müəllimlər tərəfindən həyata keçirilən imtahan prosesi ilə qiymətləndirilib və yekunlaşdırılıb.