Ümumdünya Ətraf Mühit Günü münasibətilə tədbir keçirilib
5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla iş Mərkəzi və Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Mərkəzində tədbir keçirilib. Tədbirdə universitetin dayanıqlılıq üzrə eksperti Nurlan Axundovun iştirakı ilə SDU-nun “Eco Klub”unun fəal könüllüləri və məzunları iştirak etmişdir. Bu məqsədlə təkrar emal və tullantıların azaldılmasına töhfə vermək üçün Azərsun Kağız və Karton İstehsalat Korporasiyası istehsalat şirkətinin SDU ilə əməkdaşlığı çərçivəsində kağız tullantıları emal edilərək Dayanıqlı İnkişafın 17 qlobal məqsədlərini əks etdirən xüsusi qutular hazırlanıb. Tədbir çərçivəsində kağız tullantıların təkrar emalını nümayiş etdirənlər universitetin müxtəlif tədris korpuslarında yerləşdirilməsi üçün təqdim olunub. Bu təşəbbüs həm təbii resursların qorunmasına, həm də dəyişikliklərə və müəyyən ekoloji məsuliyyət hissinin formalaşdırılmasına yönəldilmiş bir addımdır.
Nurlan Axundov çıxışında dayanıqlı inkişaf strategiyasının qlobal təsirindən, universitetin bu təsirli addımlardan və SDU-nun ekoloji fəaliyyət strategiyasından bəhs edib. Bu cür təşəbbüslər universitetinin yaşıl kampus və dayanıqlı təhsil yanaşmalarının inkişaf etdirdiyi addımlardan biri olduğunu vurğulayıb