Sumqayıt Dövlət Universitetində magistr dissertasiya işlərinin müdafiəsi başlayıb. Magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə iyunun 17–dən başlayıb və iyulun 4-dək davam edəcək. Dissertasiya işlərinin müdafiəsində Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev, Tədris Metodiki Mərkəzinin direktoru, dosent Osman Hacıyev, Magistratura, doktorantura və elm şöbəsinin müdiri, dosent Samir Orucov, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri və İxtisaslaşdırılmış Şura üzvləri iştirak edirlər. İxtisaslaşdırılmış Şuranın sədrlərinin rəhbərliyi ilə keçirilən müdafiədə magistrantlar öz dissertasiya işlərini təqdim edirlər.
Dissertasiya ilə bağlı şura üzvləri mövzular haqqında geniş müzakirələr apardıqdan sonra dissertasiya işi təsdiq olunmuş müvafiq meyarlar üzrə qiymətləndirilir və müsbət nəticə əsasında magistr elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edilir. Qeyd edək ki, 2024/2025-ci tədris ilində 126 nəfər magistrantın müdafiəsi nəzərdə tutulub.