13 iyun 2025-ci il tarixində “Azərenerji” ASC-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin (SDU) Rektor müşaviri, professor Tamilla Əhmədova və Mühəndislik fakültəsinin energetika ixtisasları üzrə təhsil alan 10 tələbəsi iştirak edib.
Tədbir çərçivəsində energetika sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə master-klasslar təşkil olunub, “Azərenerji” ASC-nin müasir laboratoriya və tədris mərkəzlərində tələbələr üçün praktiki məşğələlər həyata keçirilib. Gənclərə real mühitdə biliklərini tətbiq etmək və müasir enerji sistemləri ilə tanış olmaq imkanı yaradılıb. Tədbirin sonunda fəallığı ilə seçilən SDU-nun 8 tələbəsinə “Azərenerji” ASC tərəfindən iştirak haqqında sertifikatlar təqdim olunub. Bu təşəbbüs tələbələrin peşəkar inkişafına, əmək bazarına hazırlığına və universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət edir.