Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025”in rəsmi açılış mərasimi keçirilib
Yerləşdirilmə tarixi : 18 İyun 2025 12:04
“Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025”in rəsmi açılış mərasimi keçirilib

17 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin təşəbbüsü ilə “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025”-in rəsmi açılış mərasimi baş tutub. İstanbul Konqres Mərkəzində keçirilən tədbirdə 110 ölkədən 5000-dən artıq nümayəndə iştirak edib.

“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. Eyni zamanda, ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər qeyd olunub.

Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetini rektor v.i.e., professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konqres çərçivəsində universitetin sərgi pavilyonu fəaliyyət göstərir, onun nailiyyətləri və potensialı nümayiş olunur, xarici ölkə universitetlərinin rəhbərləri ilə əməkdaşlıq barədə danışıqlar aparılır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az