Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Saxla zamanı, gələr zamanı” mövzusunda təlim
“Saxla zamanı, gələr zamanı” mövzusunda təlim

Martın 15-də universitetimizdə Karyera Mərkəzinin təşkilatçılığı ilə Şəxsi və biznes konsultasiyaları verən, təlim, seminar və masterklasslar keçən, kouçinq xidməti göstərən, İş adamları klubunun üzvü Fəxri Ağayevin “Müvəffəqiyyət - şərtlər vacibdirmi?” mövzusunda təlim-seminar keçirildi.
Fəxri Ağayev seminarda müvəffəqiyyətə gedən yolda qarşılaşdığımız çətinliklərdən və şərtlərin müvəffəqiyyətimizdəki rolundan bəhs edərək, uğurun əldə olunması üçün hədəflərin bəlli edilməsi, bu hədəflərə çatma yolunda icra planının hazırlanması və onun əhəmiyyəti, uğurlu karyeraya gedən yolda sağlam həyat tərzinin vacibliyini vurğuladı.
Təlimdə Fəxri Ağayevin “Saxla zamanı, Gələr zamanı” adlı karyerayönümlü, motivasiya xarakterli, inzibati idarəetmə sahəsində qərarların qəbulu və icrasını özündə əks etdirən kitabının təqdimatı oldu.
Sonda seminarda fəal olan və  mövzu ətrafında maraqlı suallar ünvanlayan 3 nəfər tələbəyə müəllifdən kitab hədiyyə olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az