Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qərbi Azərbaycan və Zəngəzur həqiqətlərinə həsr olunmuş tədbirlər keçirilib
Yerləşdirilmə tarixi : 03 İyun 2025 12:22
Qərbi Azərbaycan və Zəngəzur həqiqətlərinə həsr olunmuş tədbirlər keçirilib
 
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində “Qərbi Azərbaycan və Zəngəzur həqiqətləri müzakirə müstəvisində” məzmunlu maarifləndirici tədbirlər keçirilib. Müasir dövrdə Azərbaycanın qarşısında duran ən mühüm tarixi-siyasi problemlərdən biri Qərbi Azərbaycan məsələsidir. Tarixi torpaqlarımızdan olan Qərbi Azərbaycanın və Zəngəzurun taleyi, bu bölgələrdə azərbaycanlıların əsrlərlə mövcud olmuş mədəni irsi, etnik təmizləmə nəticəsində doğma yurdlarından qovulmuş soydaşlarımızın haqq işinin dünyaya çatdırılması bu gün də öz aktuallığını qoruyur. Bu məqsədlə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Qərbi Azərbaycan və Zəngəzur mövzusunda seminar və dəyirmi masa təşkil edilib. “Qərbi Azərbaycan həqiqətlərinin təbliği” adlı maarifləndirici seminar Dil və ədəbiyyat kafedrasının əməkdaşları: fil.f.d. Afiqə Alıyeva və fil.f.d. Günel Zeynallı, “Azərbaycana aid elmi-mədəni, incəsənət nümunələrinin, milli-mənəvi dəyərlərin ermənilər tərəfindən mənimsənilməsi” adlı dəyirmi masa isə baş müəllim Elnarə Əhmədova tərəfindən keçirilib. Tədbirdə müxtəlif qruplardan tələbələr iştirak edib, mövzu ətrafında maarifləndirici məlumatlar paylaşılıb, geniş və səmərəli fikir mübadiləsi aparılıb. Tələbələrin çıxışlarında Qərbi Azərbaycanda azərbaycanlıların tarixən mövcudluğu, XIX-XX əsrlərdə bu torpaqlardan zorla deportasiya olunması, sovet dövründə aparılan məqsədyönlü siyasət, eləcə də Zəngəzur dəhlizinin geosiyasi və strateji əhəmiyyəti kimi məsələlər təhlil olunub, şeirlər səsləndirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az