Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti “Study in Azerbaijan” sərgisində
Yerləşdirilmə tarixi : 01 İyun 2025 17:01
Sumqayıt Dövlət Universiteti “Study in Azerbaijan” sərgisində
30-31 may 2025-ci il tarixlərində Daşkənd şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilmişdir Sərgidə Sumqayıt Dövlət Universitetini rektoru v.i.e., professor Əminağa Sadıqovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Sərgi Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasının protokolunda yer alan tapşırıqların icrası çərçivəsində təşkil olunmuş və hər iki ölkənin ali təhsil müəssisələrinin birbaşa qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyıb. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış edərək, tədbirin iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın inkişafında strateji rolunu vurğulayıblar.

Sumqayıt Dövlət Universitetinin (SDU) stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Stenddə universitetin bakalavriat və magistratura səviyyələri üzrə təklif etdiyi müxtəlif ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, eləcə də tələbə həyatı barədə ətraflı məlumat təqdim olunub. SDU nümayəndələri sərgi iştirakçıları ilə, o cümlədən nüfuzlu ali təhsil müəssisələrinin təmsilçiləri ilə canlı ünsiyyət quraraq SDU-nun birgə layihələr, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az