Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təcrübə (pedaqoji) zamanı nümunə dərslərin planlaşdırılması, təşkili və qiymətləndirilməsi ilə bağlı təlim xarakterli infosessiya
Yerləşdirilmə tarixi : 14 Mart 2025 09:58
Təcrübə (pedaqoji) zamanı nümunə dərslərin planlaşdırılması, təşkili və qiymətləndirilməsi ilə bağlı təlim xarakterli infosessiya
 
Martın 14-də Sumqayıt Dövlət Universitetində Tədris Metodiki Mərkəzinin (TMM) təqdimatı ilə akademik heyət üçün “Təcrübə (pedaqoji) zamanı nümunə dərslərin planlaşdırılması, təşkili və qiymətləndirilməsi” mövzusunda təlim xarakterli infosessiya keçirilib. Tədbirdə iştirak edən Tədris Metodiki Mərkəzinin direktoru, dosent Osman Hacıyev təlim iştirakçılarına təşəkkürünü bildirərək, pedaqoji təcrübənin universitet üçün önəmindən bəhs edib. Bildirib ki, 2024-2025-ci tədris ilinin yaz semestrində 500-dən çox tələbəmiz pedaqoji təcrübəyə gedir. 30-a yaxın müəssisəyə tələbə göndəririk. Pedaqoji ixtisas və pedaqoji təcrübə bizim üçün çox önəmlidir deyə əlavə edib. TMM-in aparıcı mütəxəssisi, təlimçi Aynurə Bağırova təqdimatla çıxış edərək təcrübə (pedaqoji) zamanı nümunə dərslərin tələbələrin müəllimlik bacarıqlarını inkişaf etdirmələri, həmçinin şagirdlərə effektiv tədris metodları ilə bilik və bacarıq qazandırmaları üçün təcrübə imkanları yaratdığını qeyd edib. Bildirib ki, nümunə dərslərinin təşkili tələbələrin praktiki təhsil prosesində öz bacarıqlarını sınaqdan keçirmələrinə, həmçinin müvəffəqiyyət və ya uğursuzluq nəticəsində təkmilləşmələrinə kömək edir. O, nümunə dərslərin planlaşdırılmasında, təşkilində, qiymətləndirilməsində, effektiv əks-əlaqənin qurulmasında, konstruktiv rəylərin verilməsində vacib olan məqamları diqqətə çatdırdırıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az