Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz BRAND BOOM müsabiqəsində mükafat qazanıb
Yerləşdirilmə tarixi : 14 Mart 2025 19:24
Tələbəmiz BRAND BOOM müsabiqəsində mükafat qazanıb
 
Martın 14-də Azərsun Holdinqin təşəbbüsü ilə keçirilən BRAND BOOM marketinq müsabiqəsi gənc istedadların öz yaradıcı potensiallarını nümayiş etdirmələri üçün mükəmməl bir platforma təqdim edib. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi Nuray Hənifəyeva Azərsun Holdinqin təşkil etdiyi BRAND BOOM yarışmasında göstərdiyi yüksək performansla finala keçib. Nuray Hənifəyeva layihəyə Xəzər Universitetinin tələbəsi ilə qoşulub. Müsabiqənin sonunda ikinci yeri tutaraq 2500 AZN mükafata layiq görülüb. Qeyd edək ki, layihənin məqsədi gənclərə yaradıcılıq və innovasiya sahələrində öz bacarıqlarını inkişaf etdirmək, eyni zamanda onlara real iş dünyasında qarşılaşa biləcəkləri təcrübələri yaşatmaqdır. Bu cür tədbirlər gənclərin gələcək karyeralarına müsbət təsir edəcək və onları daha geniş perspektivlərlə tanış edəcəkdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az