Sumqayıt Dövlət Universitetində MİQ səviyyə ölçmə imtahanı keçirilib
Martın 15-də Sumqayıt Dövlət Universitetində "EDU Company" təhsil şirkəti tərəfindən təşkil olunan ödənişsiz MİQ səviyyə ölçmə imtahanı keçirilib. İmtahanın əsas məqsədi universitetin tələbələrinin MİQ sahəsindəki ilkin bilik səviyyələrini qiymətləndirmək olub. "EDU Company" təhsil şirkəti, Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığını, tələbələrin təhsildə inkişafı və tədris keyfiyyətinin artırılması baxımından mühüm bir addım olaraq qiymətləndirib. Tələbələrin imtahan prosesinə göstərdikləri böyük maraq və fəallığa görə təşəkkürlərini bildiriblər.