PSS layihəsi çərçivəsində növbəti təlim
Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi tələbələrin iş həyatına hazırlığını dəstəkləmək məqsədilə təşkil etdiyi Peşəkar Spikerlər Seriyası layihəsi çərçivəsində təlimlərə davam edir. Növbəti təlim martın 14-də SOCAR Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nin Neft və qaz çıxarılması üzrə supervayzeri Səbirxan Mahmudov tərəfindən “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” mövzusuna həsr olunub. Təlimdə Kimya mühəndisliyi və Ekologiya kafedrasının Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Spiker Səbirxan Mahmudov tələbələrə Neft-qaz yataqlarının işlənməsi və istismarı, quyu konustruksiyası, işlənmə göstəricilərinin seçilməsi, istismar üsulları, quyularda baş verən mürəkkəbləşmələr barədə məlumat verərək, neft və qaz sənayesinin mühüm aspektlərini, texnoloji prosesləri və sahədəki yenilikləri haqqında təqdimatla çıxış edib. Sonda spiker tələbələrin suallarını cavablandırıb