Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Məzunlarla uğurlu yol" layihəsi uğurla davam edir
Yerləşdirilmə tarixi : 17 Mart 2025 14:14
"Məzunlarla uğurlu yol" layihəsi uğurla davam edir
 
Martın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) "Məzunlarla uğurlu yol" layihəsi çərçivəsində Təbiət elmləri fakültəsinin məzunu, Elm və Təhsil Nazirliyinin Peşə Təmayüllü Siniflərinin qrup rəhbəri Nurlan Hüseynzadə "Peşəkar CV hazırlanması" mövzusunda görüş keçirib. Tədbirdə Nurlan Hüseynzadə özü və fəaliyyəti haqqında məlumat verməmişdən öncə Aprel döyüşlərində həlak olmuş qrup yoldaşı Mikayıl Vahabovun əziz xatirəsi anılıb. Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək tələbələrə karyeralarını inkişaf etdirmək üçün "Məzunlarla uğurlu yol" layihəsinin məqsədi və əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin məqsədi universitet məzunlarının öz təcrübə və uğurlarını hal-hazırda oxuyan tələbələrlə paylaşmaqdır. O, çıxışında CV-nin hazırlanmasında diqqət yetirilməsi lazım olan əsas məqamlara toxunaraq iş dünyasında uğurlu və səmərəli karyera qurmağın vacib amillərindən birinin düzgün və professional şəkildə tərtib edilmiş CV olduğunu vurğulayıb. Bildirib ki, CV yalnız iş dünyasına atılmağa hazır olan şəxslər üçün deyil, həm də yuxarı sinif şagirdləri və tələbələr tərəfindən də tərtib olunmalıdır. Sonra Təbiət elmləri fakültəsinin məzunu, Elm və Təhsil Nazirliyinin Peşə Təmayüllü Siniflərinin qrup rəhbəri Nurlan Hüseynzadə "Peşəkar CV hazırlanması" mövzusunda bilik və təcrübələrini iştirakçılarla bölüşüb. Seminar boyunca Nurlan Hüseynzadə iş axtarışı strategiyaları, peşəkar CV-nin hazırlanması, Rezüme və CV-nin oxşar, fərqli xüsusiyyətləri, Rezüme hazırlığın mərhələləri, hədəflərin düzgün seçilməsi, özünüinkişaf, müsahibə texnikaları və sosial əlaqələrin işə qəbul prosesi barədə məlumat verib. İştirakçılara əmək bazarının aktual tendensiyaları və bu sahədə uğur qazanmaq üçün faydalı tövsiyələr təqdim edib. Təlimdə həmçinin tələbələrə praktiki tapşırıqlar verilib və müsahibə prosesinin simulyasiyası həyata keçirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az