Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrarası voleybol yarışı sona çatıb
Yerləşdirilmə tarixi : 17 Mart 2025 10:26
Fakültələrarası voleybol yarışı sona çatıb
 
Martın 15-də universitetdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan fakültələrarası voleybol yarışının final mərhələsi böyük maraqla izlənilib. Yarış universitetin İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Yarışın açılışını universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov edib. O, yarışın əhəmiyyətini vurğulayaraq idmanın təkcə fiziki inkişafı deyil, eyni zamanda komandada birlik və əməkdaşlıq ruhunun formalaşmasına da təsir göstərdiyini qeyd edib. Həyəcanlı anlarla keçən qarşılaşmalarda hər üç komanda böyük əzmkarlıq və mübarizə nümayiş etdirib. I yerə - Təbiət elmləri fakültəsinin komandası, II yerə - İqtisadiyyat və idarəetmə fakültəsinin komandası, III yerə - isə Tarix və coğrafiya fakültəsinin komandası çıxıblar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az