Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycanda təhsilin keyfiyyəti yüksək səviyyədə inkişaf edir
Azərbaycanda təhsilin keyfiyyəti yüksək səviyyədə inkişaf edir

Martın 9-da universitetin Böyük Akt zalında rektor, professor Elxan Hüseynov  Fizika və elektroenergetika, Kimya və biologiya fakültələrinin I kurs  tələbələri ilə görüş keçirdi.
Rektor əvvəlcə ölkəmizin iqtisadi-sosial eləcə də təhsil sahəsində əldə etdiyi uğurlardan söhbət açaraq qeyd etdi ki,  Sumqayıt Dövlət Universiteti respublikamızın ali təhsil məkanında xüsusi çəkisi olan təhsil müəssisələrindəndir. Dövlət tərəfindən təhsilə, gəncliyə, xüsusi qayğıdan danışan rektor bildirdi ki, cəmiyyətimizin tərəqqisini təmin edən açarı elm və təhsildə axtarmalıyıq. Elm və təhsilin prioritetliyinin təmin edilməsinin ən etibarlı yolu isə iqtisadi subyektləri fəaliyyətimizin nəticələrində mümkün qədər maraqlı etməsidir. Müasir dövrdə elmi-intellektual potensial ölkəmizin mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Son illər Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi islahatların davamlılığını təmin etmişdir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar, eyni zamanda ölkədə müasir biliklərin, texnologiyaların tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Azərbaycan Respublikasının Konstitutsiyası, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu ali təhsil müəssisələrində elmi strukturların təşkili, fəaliyyəti, məqsəd və vəzifələrini müəyyənləşdirən fundamental bazası formalaşdırdı. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda təhsilin keyfiyyəti yüksək səviyyədə inkişaf edir.
Rəhbərlik etdiyi ali təhsil ocağında fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor universitetin ayrı-ayrı tədris binalarında aparılmış təmir işlərindən, istilik sistemin yaradılmnasından, maddi-texniki bazanın zənginləşdirilməsindən  Avropa standartları səviyyəsinə çatdırılmasından, idman şəraitinin daha da yaxşılaşdırılmasından, bir sözlə, aparılan yenidənqurma işlərindən bəhs etdi. Ali təhsil müəssisələrində yeni kurikulumların yaradılması, Balonya sisteminin tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində mühüm uğurlu addımlar atıldığını vurğuladı. Universitetimiz TEMPUS və ERASMUS, MEVLANƏ mübadilə proqramında çərçivəsində əməkdaşlığı uğurla davam etdirir, sizin də bu layihələrdə və Tələbə Elmi Cəmiyyətinin xətti ilə təşkil olunmuş konfranslarda iştirak etməyinizi məqsədəuyğun hesab edirəm. Inanıram ki, bu layihələrə qatılmaqla gələcəkdə bilik və bacarıqlarınızı mükəmməl şəkildə formalaşdırmağa nail olacaqsınız.
Daha sonra Universitetin tələbələri, onları narahat edən məsələlər barədə rəhbərliyə suallar verdilər. Rektor tələbələri maraqlandıran sualları cavablandırdı, irəli sürülən təkliflərin yerindəcə həll edilməsinə göstərişlər verdi. Onları narahat edən bəzi neqativ halların tezliklə aradan qaldırılacağını tələbələrin diqqətinə çatdırdı.
Səmimi şəraitdə keçən görüş tələbələrin ürəyincə oldu və onlar görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda Rektor belə görüşlərin müntəzəm təşkil olunacağını bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az