Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailə üzvlərinin iştirakı ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 06 Mart 2025 17:26
SDU-da 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailə üzvlərinin iştirakı ilə görüş keçirilib
 
Martın 6-da Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. professor Əminağa Sadıqov 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid ailələrinin üzvü olan universitet əməkdaşları ilə görüşüb. Əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Professor Əminağa Sadıqov çıxış edərək şəhid analarını və ailə üzvlərini 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. O, Azərbaycan qadınlarının tarix boyu qəhrəmanlıq, cəsurluq, gözəllik və sədaqət nümunəsi olduqlarını vurğulayıb. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan bəhs edən professor onu da qeyd edib ki, Qarabağ uğrunda canlarından keçən şəhidlərimizi, döyüşən qazilərimizi və əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. Əminağa Sadıqov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpa olunması yolunda apardıqları döyüş əməliyyatlarından, qazanılan tarixi qələbədən və bu qələbənin qazanılmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edib. Ə.Sadıqov həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadını kimi nümunəvi obrazından, onun şəhid ailələrinə, xüsusilə də şəhid analarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonda Şəhid ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək, görüşün təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az