“Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi-praktik telekonfrans keçirilib
Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin Tarix, coğrafiya və metodika kafedrasının Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universiteti, İnsan və Toplum Bilimləri Atatürk İlkələri və İnkılap Tarixi Araşdırma Uyqulama Mərkəzinin təşkilatçılığı ilə martın 5-də “Konstitusiya və Suverenlik İli”nə və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Türk dünyasında qadınların yeri” mövzusunda elmi-praktik telekonfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev Türk dünyasının dərin tarixi kökləri, zəngin mədəniyyəti ilə seçildiyini, qadınların həm ailənin, həm də cəmiyyətin təməl daşı kimi həmişə önəmli rol oynadığını bildirib. Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Azərbaycanda qadın hüquqları və gender bərabərliyi”, Aydın Adnan Menderes Universiteti, İnsan və toplum bilimləri fakültəsi Tarix Bölümü Öyrətim Üyəsi, Atatürk İlkələri və İnkılap Tarixi Araşdırma və Uyqulama Mərkəzinin müdiri doktor Aytən Can “Türk Dünyasında qadın hüquqları” Tarix, coğrafiya və metodika kafedrasının dosenti Samir Kərimli “I Vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın fəaliyyəti – Azərbaycan qadınına nümunə kimi” mövzusunda çıxış edərək, Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafına verdiyi töhfələr, xeyriyyəçilik fəaliyyəti və qadın liderliyi sahəsindəki ilhamverici rolunu vurğulayıblar. Elmi-pratik telekonfransın sonunda mövzuya dair geniş müzakirələr aparılıb