Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Qazaxıstanın 2 universiteti arasında anlaşma memorandumu imzalanıb
Yerləşdirilmə tarixi : 04 Mart 2025 22:26
SDU ilə Qazaxıstanın 2 universiteti arasında anlaşma memorandumu imzalanıb
 
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, eləcə də hər iki ölkənin aparıcı universitetlərinin rektorları iştirak ediblər. “Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində bir sıra vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə “Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları”, “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi” və “Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması” mövzuları diqqət mərkəzində olub. Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Sumqayıt Dövlət Universiteti(SDU) ilə Qazaxıstanın iki aparıcı ali təhsil müəssisəsi arasında anlaşma memorandumları imzalanıb. Sənədlər Turan Universiteti və Almatı Menecment Universiteti ilə əməkdaşlığı nəzərdə tutur. Qeyd edək ki, müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az