Tələbəmiz “AzerGold” QSC-nin elan etdiyi təqaüd proqramının qalibi seçilib
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin IV kurs tələbəsi Ləman Hüseynova “AzerGold” QSC-nin elan etdiyi 4-cü təqaüd proqramının qalibi seçilib. Fevralın 27-də “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə qaliblər mükafatlandırılıb və "Mədən Topoqrafiyası" dərsliyi təqdim olunub. Təqaüd proqramı 2021-ci ildən fəaliyyət göstərir və 2024-2025-ci tədris ili üçün 10 universitet və 2 peşə təhsili müəssisəsindən tələbələrə təqdim edilib. Ləman Hüseynova bu təqaüdü qazanaraq, həmçinin istehsalat təcrübəsi keçmək və karyera imkanları əldə etmək şansı qazanıb. Tələbələrimizin uğuru bizi sevindirir və onların əldə etdikləri nailiyyətlər universitet üçün böyük qürur mənbəyidir.