Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrarası voleybol yarışına start verilib
Yerləşdirilmə tarixi : 22 Fevral 2025 13:07
Fakültələrarası voleybol yarışına start verilib
 
Fevralın 22-də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq universitetin İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fakültələrarası voleybol yarışının açılış mərasimi keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışı universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq belə tədbirlərin yalnız fiziki inkişafı stimullaşdırmaq deyil, eyni zamanda tələbələr arasında sağlam rəqabəti gücləndirərək onların sosial bacarıqlarını və komanda ruhunu inkişaf etdirdiyini xüsusi olaraq qeyd edib. Qeyd edək ki, yarışda ümumilikdə 6 fakültə iştirak edib. İqtisadiyyat və idarəetmə, Filologiya, Tarix və coğrafiya, eləcə də Təbiət elmləri fakültələri yarımfinala vəsiqə əldə ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az