Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimi Cəbrayıl məktəbində elmi seminar keçirib
Yerləşdirilmə tarixi : 18 Fevral 2025 17:58
SDU-nun alimi Cəbrayıl məktəbində elmi seminar keçirib
 
Fevralın 14-də Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dosenti Xanəhməd Həsənov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəbrayıl rayonunun 5 nömrəli tam orta məktəbinin VIII-XI sinif şagirdlərinə elmi seminar keçirib. Diskussiya şəklində keçirilən seminar iştirakçıların böyük marağına səbəb olub. Bu seminar şagirdlərə elmi araşdırma bacarıqlarını inkişaf etdirmək, tədqiqat metodlarını öyrənmək və analitik düşünmə qabiliyyətlərini gücləndirmək imkanı yaradıb. Şagirdlər elmi araşdırma bacarıqlarını inkişaf etdirərək gələcəkdə akademik və peşə sahələrində uğurlu olmaq üçün təcrübə qazanıblar. Seminarda XI sinifdən Fidan İbrahimova, Emin Məhərrəmov, Vüsal Quliyev, X sinifdən Lamiyə Ağazadə, VIII sinifdən Yusif Cahangirli və Aysu Vəlizadə öz fəallıqları ilə fərqləniblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az