Sumqayıt Dövlət Univeristetinin bir qrup tələbəsi Tələbə Həmkarlar İttifaqı  Komitəsinin təşkilatçılığı ilə Bakıda Heydər Əliyev Mərkəzində oldular. 
İlk öncə  tələbələri böyük hörmətlə qarşılayan Mərkəzin işçiləri  Mərkəz haqqında onlara ətraflı məlumat  verdilər. Giriş zalında qoyulan  Ulu  Öndərin  rəhbərlik etdiyi 1969-2003-cü  illərdə istifadəsində olan xidməti Çayka, Zim və Mersedes markalı maşınları  tələbələrin  marağına səbəb oldu.
Mərkəzin birinci mərtəbəsində tələbələr  H.Əliyevin həyat və  fəaliyyətini   əks etdirən  məlumatlarla tanış  oldular və bu dövrü xarakterizə edən videoçarxı izlədilər. İkinci mərtəbədə  Ümummilli Liderin keçirdiyi görüşlərlə, onun nitqləri, müxtəlif ölkə  rəhbərlərinin Heydər Əliyevə verdikləri hədiyyələrlə, təltif olunduğu orden və  medallarla, iş masası və təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə geyindiyi  formalarla tanış oldular.
Sonda tələbələrimizə Mərkəzdə dahi şəxsiyyətlə  bağlı yaradılmış arxiv bölməsində internet vasitəsilə müxtəlif sahələrdə  gördüyü işlərdən də ətraflı məlumat verildi.
Mətbuat xidməti
 
                