Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Code for Future” layihəsi barədə infosessiya
Yerləşdirilmə tarixi : 17 Fevral 2025 16:48
“Code for Future” layihəsi barədə infosessiya
 
Fevralın 17-də Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin “Code Academy” şirkəti ilə birgə həyata keçirdiyi “Code for Future” (CFF) layihəsi çərçivəsində yaz semestrində İnformasiya Texnologiyaları (İT) və Proqramlaşdırma üzrə təhsil almaq istəyən tələbələr üçün qeydiyyat prosesi ilə bağlı infosessiya təşkil olunub. Tədbiri “Code Academy”nin baş layihə koordinatoru Asiya Rüstəmova açaraq layihənin məqsədi və bu istiqamətdə həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. O, layihə çərçivəsində tələbələrə informasiya texnologiyaları və proqramlaşdırma sahələrində ödənişsiz dərslər almaq imkanı yaradılacağını, həmçinin nəzəri və praktiki təcrübə qazandırılacağını bildirib, eləcə də müraciət qaydaları və şərtləri iştirakçılara ətraflı şəkildə izah edib. Sonda layihə ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az