Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şagirdlərin iştirakı ilə informatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib
Yerləşdirilmə tarixi : 17 Fevral 2025 13:38
SDU-da şagirdlərin iştirakı ilə informatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib
 
Fevralın 15-də Respublika Fənn Olimpiadalarının informatika fənnindən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib.Qeyd edək ki, imtahan aşağı yaş qrupu üzrə 8-9-cu sinif şagirdlərinin iştirakı ilə ADA, BANM, UNEC, ADNSU, UFAZ, BDU, BMU, SDU, AzTU, AzMİU, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Naxçıvan STEAM mərkəzində təşkil olunub. Fevralın 16 –da isə RFO-nun informatika fənnindən 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi baş tutub. Sumqayıt Dövlət Universitetində keçirilən Respublika Fənn Olimpiadaları informatika fənni üzrə yarımfinal turunda 100 nəfər şagird iştirak edərək, biliklərini sınayıb. Aşağı və yuxarı yaş qrupu üzrə ümumilikdə 2100-dən çox şagird iki gün ərzində final mərhələsinə vəsiqə qazanmaq üçün bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az