Fevralın 13-də Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq kitab bağışlama günü münasibətilə həyata keçirilən “Bir kitab – bir tamaşa” layihəsi baş tutdu. Layihənin əsas məqsədi teatrda kitabxana formalaşdırmaq və cəmiyyətin kitab oxumağa marağını artırmaq idi. Tədbir çərçivəsində tamaşaçılar teatra kitab hədiyyə etməklə Turqut Özakmanın qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Ocaq” tamaşasına dəvətnamə qazandılar. Layihəyə göstərilən böyük maraq mədəniyyətin və təhsilin inteqrasiyasına verdiyi töhfənin əyani sübutu oldu. Sumqayıt Dövlət Universitetinin kollektivi də bu nəcib təşəbbüsə dəstək verərək tədbirdə iştirak etdi. Universitet əməkdaşları və tələbələri layihəyə qatılaraq həm teatr sənətinə, həm də kitabxana təşəbbüsünə töhfə verdilər. SDU olaraq, bu cür maarifləndirici və mədəni layihələrin davamlı olmasını arzulayır, hər kəsi kitaba və sənətə dəstək verməyə çağırırıq.