Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrin ixtisas üzrə təcrübəsinin (pedaqoji) təşkili ilə bağlı yeni qaydaların tətbiqi” mövzusunda infosessiya
Yerləşdirilmə tarixi : 13 Fevral 2025 16:12
Tələbələrin ixtisas üzrə təcrübəsinin (pedaqoji) təşkili ilə bağlı yeni qaydaların tətbiqi” mövzusunda infosessiya
Fevralın 13-də Sumqayıt Dövlət Universitetində Tədris Metodiki Mərkəzin (TMM) təqdimatı ilə akademik heyət üçün “Tələbələrin ixtisas üzrə təcrübəsinin (pedaqoji) təşkili ilə bağlı yeni qaydaların tətbiqi” mövzusunda təlim xarakterli infosessiya keçirilib. Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev çıxış edərək pedaqoji və istehsalat təcrübələrinin tələbələrin təhsil həyatında və peşəkar inkişafında nə qədər vacib olduğunu vurğulayıb. O, pedaqoji təcrübənin tələbələrin bir mütəxəssis olaraq formalaşmasında əvəzsiz rol oynadığını nəzərə çatdırıb. Tədris Metodiki Mərkəzinin direktoru, dosent Osman Hacıyev infosessiyanın məqsədini açıqlayaraq, yeni qaydaların tətbiqi ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılmasının vacibliyini qeyd edib. Həmçinin pedaqoji təcrübənin daha effektiv təşkilinə yönəlmiş metodiki dəstəyin təmin olunmasının əhəmiyyətini vurğulayıb. Dosent Osman Hacıyev universitetdə 4 fakültə üzrə 15 pedaqoji yönümlü ixtisasda mütəxəssis hazırlığı aparıldığını bildirib. O, “Tələbələrin ixtisas üzrə təcrübəsinin (pedaqoji) təşkili üzrə” metodik vəsaitin hazırlandığını, eyni zamanda gündəlik və jurnalın yeniləndiyini qeyd edib. Sonra TMM-in aparıcı mütəxəssisi, təlimçi Aynurə Bağırova təqdimatla çıxış edərək yeni qaydaların mahiyyəti və tətbiqi mexanizmləri barədə ətraflı məlumat verib. O, pedaqoji təcrübə müddətində nümunə dərslərinin planlaşdırılması və keçirilməsi, təcrübənin sonunda tələbə hesabatlarının hazırlanması və müdafiəsi, habelə tələbələrin təcrübələrinin qiymətləndirilməsi məsələlərini diqqətə çatdırıb. İnteraktiv şəkildə təşkil olunan sessiyada iştirakçıların sualları cavablandırılıb, həmçinin mövzuya dair təkliflər səsləndirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az