Sumqayıt Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq universitetin İdman klubu və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən əməkdaşlar arası idman yarışları başa çatıb. Yarış fevralın 11-dən 13-dək davam edib. Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının birgə iştirak etdiyi yarışlarda əməkdaşlar şahmat, dama və stolüstü tennis üzrə güclərini sınayıblar. Bu tədbir, əməkdaşlar arasında həmrəylik və sağlam həyat tərzinin təşviqinə böyük töhfə verib. Qeyd edək ki, ümumi nəticəyə görə şahmat üzrə 1-ci yerə Riyaziyyat, 2-ci yerə Filologiya, 3-cü yerə isə Tarix və coğrafiya fakültələrinin əməkdaşları, dama üzrə 1-ci yerə Təbiət elmləri, 2-ci yerə Mühəndislik, 3-cü yerə İqtisadiyyat , stolüstü tennis üzrə isə 1-ci yerə Şöbələr, 2-ci yerə Təbiət elmləri, 3-cü yerə isə Mühəndislik fakültəsi layiq görülüblər.