Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllimlərimiz STP-nin Sendviç panellər zavodunda təlimdə olublar
Yerləşdirilmə tarixi : 07 Fevral 2025 10:55
Müəllimlərimiz STP-nin Sendviç panellər zavodunda təlimdə olublar
 
Sumqayıt Dövlət Universitetinin İnsan Kapitalının İdarəedilməsi və Karyera və Məzunlarla İş Mərkəzlərinin təşkilatçılığı ilə Mühəndislik fakültəsinin Avtomatika və mexanika kafedrasının bir qrup müəllimi fevralın 6-da “STP-nin çoxşaxəli texnoloji proseslərinin öyrənilməsi” mövzusunda təlim məqsədilə STP-nin Sendviç panellər zavodunda olublar. Təlim çərçivəsində ASSAN STP Panelin İnsan resursları üzrə meneceri Günel Axundova iştirakçıları salamlayaraq universitetlə müəssisə arasındakı sıx və qarşılıqlı faydalı əlaqələrdən söz açıb. Ardınca Satınalma və loqistika üzrə menecer Nailə Qurbanovanı, Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis və istehsalat üzrə aparıcı mühəndis İsa Həsənovu təlim iştirakçılarına təqdim edib. Sonra mütəxəssislər tərəfindən STP-nin Sendviç panellər zavodunun quruluşu, istehsal olunan məhsulun növləri, göstəriciləri və texnoloji prosesləri haqqında məlumat verilib. Bildirilib ki, STP panel brendi altında sendviç panellərlə yanaşı alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar da istehsal olunur. STP panel məhsullarını poliuretan tərkiblə yanaşı, Azərbaycanda yalnız STP-də istehsal olunan daş yun tərkibdə əldə etmək mümkündür. Daha sonra əməkdaşlarımız zavodun istehsal sahəsi, texnologiya proseslərini yerinə yetirən avadanlıqlarla tanış olublar. Qeyd edək ki, təlimlər növbəti həftələrdə də davam edəcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az