Sumqayıt Dövlət Universitetinin (SDU) İnsan Kapitalının İdarəedilməsi Mərkəzi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə mühasibatlıq proqram təminatına uyğun olaraq “1C” proqramı üzrə təlim keçirilib. Təlimin əsas məqsədi iştirakçıları “1C” proqram təminatı ilə tanış etmək və onun funksional imkanları barədə geniş məlumat təqdim etmək olub. Təlim peşəkar təlimçi Aynurə Qəmbərova tərəfindən aparılıb. O, maliyyə və idarəetmə uçotu, uçot məlumatlarının xarici və daxili istifadəçiləri, konseptual əsasların xüsusiyyətləri, mühasibatlıq proqramları haqqında məlumat verib. Həmçinin “1C” proqramının mühasibatlıq və maliyyə uçotundakı əhəmiyyətini, tətbiq sahələrini və müasir iş dünyasında onun rolunu vurğulayıb. Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.