Sumqayıt Dövlət Universiteti İnsan Kapitalının İdarəedilməsi Departamentinin hüquqşünası Ehtiram Qurbanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və “ADA” Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyilə təşkil olunan “Gənc Respublika Hüquqşunaslarının Qış Düşərgəsi” müsabiqəsində iştirak edərək düşərgəyə qatılma şansı qazanıb. Bu müsabiqəyə 167 hüquqşünas müraciət edib və yalnız 50 nəfər seçilərək düşərgəyə dəvət olunub. Düşərgə müddətində Ehtiram Qurbanov, 4 gün ərzində yerli və beynəlxalq professorlar tərəfindən keçirilən bir neçə seminar və təlimdə iştirak edib. Düşərgənin rəsmi bağlanış mərasimi 18 Yanvar 2025-ci il tarixində baş tutub və bütün iştirakçılara sertifikatlar təqdim olunub.