Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da İnformasiya texnologiyaları və sistemləri laboratoriyalarının açılışı olub
Yerləşdirilmə tarixi : 31 Yanvar 2025 19:41
SDU-da İnformasiya texnologiyaları və sistemləri laboratoriyalarının açılışı olub
Sumqayıt Dövlət Universitetində (SDU) İnformasiya texnologiyaları və sistemləri laboratoriyalarının açılışı olub. Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrası üçün iki yeni kompüter otağı tələbələrin istifadəsinə verilib. Qeyd edək ki, laboratoriyalar yüksək parametrli kompüterlərlə təchiz olunub. Bu laboratoriyalarda bakalavriat səviyyəsi üzrə İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri ixtisasyönümlü fənlərdən praktik dərslərin keçirilməsi üçün istifadə edəcəklər. Həmçinin magistratura səviyyəsində Kompüter mühəndisliyi, Kibertəhlükəsizlik, Verilənlərin təhlili (Data analitikası) ixtisaslarının və bu ixtisasların SABAH qruplarının magistrantları da bu laboratoriyalardan istifadə edə biləcəklər. Yeni müasir laboratoriyalar qabaqcıl texnologiyaların tətbiqi ilə təhsil prosesinin keyfiyyətini daha da yüksəldəcək və tələbələrə innovativ biliklər əldə etmək imkanı verəcək.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az