"IdeaLab" komandamızın layihəsi uğur qazanıb
25-26 yanvar 2025-ci il tarixlərində “Sumgait Innovation Hub” SUP.VC, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə hakaton baş tutub. 15 komandanın iştirak etdiyi yarışda Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələrindən (Oruc Quliyev, Ayxan Hüseynov, Əli Hüseynli və Şirin Murtuzov) ibarət "İdeaLab" komandamız "TibbMed" adlı layihə ilə çıxış edərək 3-cü yerə layiq görülüb.