Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU- da “Konstitusiya və Suverenlik İli” ilə bağlı dəyirmi masa keçirilib
Yerləşdirilmə tarixi : 24 Yanvar 2025 14:57
SDU- da “Konstitusiya və Suverenlik İli” ilə bağlı dəyirmi masa keçirilib
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı yanvarın 24-də Sumqayıt Dövlət Universitetində (SDU) “Konstitusiya və Suverenlik-Tarixə baxış” mövzusunda dəyirmi masa keçirilib. Tədbir SDU-nun Heydər Əliyev Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlardan keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyə yenidən gəlməsi ilə ölkənin möhkəmləndiyini və böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.Həmçinin Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna baza yaratdığını vurğulayıb. Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev "Azərbaycan Respublikasının Konstitusiyası: Təkamül və çağırışlar" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, "Konstitusiya və Suverenlik İli" ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu bir dövrə təsadüf edir. 2025-ci ildə həm Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində əldə etdiyimiz qələbənin 5-ci ildönümü qeyd olunacaq. Sonra Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Ayşə Əmrahovanın "Konstitusiya: Dövlətin hüquqi və siyasi bünövrəsi", II kurs tələbəsi Aydın Qasımovun “Milli suverenlik: Dövlətin müstəqilliyinin təminatı” mövzularında çıxışları dinlənilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az