Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da magistr olmağın 10 əsas üstünlüyü
Yerləşdirilmə tarixi : 23 Yanvar 2025 18:37
SDU-da magistr olmağın 10 əsas üstünlüyü
 
Sumqayıt Dövlət Universiteti (SDU) magistrantlarına yalnız yüksək keyfiyyətli təhsil deyil, həm də karyera qurma və şəxsi inkişaf imkanları təqdim edir. Magistratura proqramları sahə üzrə dərin biliklər əldə etmək və elmi fəaliyyətlə məşğul olmaq istəyənlər üçün ideal bir seçimdir. SDU QS-in Avropa universitetləri reytinqində 483-cü, Qərbi Asiya universitetləri arasında 31-ci, Azərbaycan üzrə 5-ci yerdə qərarlaşmışdır. SDU dünyanın qabaqcıl universitetlərindən olan Oksford Universiteti (Saïd Business School) ilə birgə COP29 çərçivəsində “İqlim dəyişikliyi” mövzusunda müsabiqə təşkil etmişdir. 2024-cü ildə magistratura proqramı üzrə 8 yeni ixtisaslaşmanın tədrisinə start verilmişdir. Kapital Bankın dəstəyi ilə 2 kompüter laboratoriyası qurulmuş, BP şirkəti ilə 5 kimya laboratoriyasının təşkilinə başlanılmışdır.
 
 
 
Sumqayıt Dövlət Universitetində magistratura təhsilini seçmək üçün 10 əsas səbəbi təqdim edirik:

1. Yüksək keyfiyyətli təhsil
Sumqayıt Dövlət Universiteti müasir təhsil metodları ilə yüksək keyfiyyətli tədris təklif edir. Magistratura proqramlarının tədrisinə nüfuzlu professor-müəllim heyəti və mütəxəssislər cəlb olunur. Tədris prosesi və imtahanların təşkili axşam saatlarında da (19:00 – 22:00) həyata keçirilir.
 
2. İxtisaslaşmış təhsil proqramları (MBA istiqaməti üzrə mütəxəssis hazırlığı)
SDU müxtəlif sahələr üzrə magistratura proqramları təqdim edir. SABAH.HUB İnnovasiya Mərkəzi ilə birgə MBA istiqaməti üzrə (Biznesin təşkili və idarə edilməsi Ümumi təyinatlı, Maliyyə, Təhsil üzrə menecment) mütəxəssis hazırlığı aparılır.
Bundan əlavə, BP şirkətinin dəstəyi ilə həyata keçirilən layihə əsasında Kimya mühəndisliyi ixtisası üzrə (Əsas üzvi sintezin kimyası və texnologiyası, Polimerlərin kimyəvi texnologiyası, Neft və qaz texnologiyası) ixtisaslaşmış təhsil proqramları və məzmun yenilənmişdir.
 
3.SABAH magistratura qrupları üzrə ixtisaslaşmalar
SABAH qrupları çərçivəsində müxtəlif ixtisaslar üzrə magistratura təhsili verəcək ali təhsil müəssisələri sırasına Sumqayıt Dövlət Universiteti də qoşulub. SABAH qrupları layihəsi çərçivəsində universitetimizdə “Kibertəhlükəsizlik”, “Kompüter mühəndisliyi” və “Verilənlərin təhlili” (Data Analitikası) ixtisasları üzrə magistr hazırlığı aparılır.
 
4.Təcrübə və praktiki bacarıqlar
SDU təhsilalanlara praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif təcrübə imkanları təqdim edir. Hazırda SDU bir sıra tanınmış şirkət və sənaye müəssisələri ilə (“BP”, “SOCAR DOWNSTREAM”, “SOCAR AZƏRİKİMYA” İB, “SOCAR KARBAMİD”, “SOCAR POLYMER”, “SOCAR Uniper”,
“AZERTEXNOLAYN” MMC, “STP” MMC, “GİLTEX” MMC, “HOLCIM” ASC, “KAPİTAL BANK” ASC, “ASAN” xidmət, “Nobel energy” və s.) əməkdaşlıq edir. Universitetin geniş əməkdaşlıq etdiyi sənaye müəssisə və beynəlxalq təşkilatları magistrantlara real iş təcrübəsi əldə etmək şansı yaradır.
 
 5. SDU-nun sənaye müəssisələri ilə əməkdaşlığı çərçivəsində innovativ yanaşma
SDU müxtəlif təhsil proqramları ilə geniş tədris imkanları təqdim edir. Belə ki, bir çox fənlərin tədrisində nəzəri biliklərlə yanaşı, sənayedən dəvət olunan təcrübəli mütəxəssislər tərəfindən təhsilalanlara praktiki vərdişlər aşılanır. Həmçinin magistr dissertasiyası üzrə sənayedən elmi rəhbərlər təyin olunur.
 
6. Məzunlara karyera dəstəyi
SDU geniş karyera şəbəkəsi yaradaraq məzunlarla effektiv əlaqələri qurur, onları karyeralarına uğurla başlamaq üçün müxtəlif sərgilərə yönləndirir.
 
7. Əlverişli tədris mühiti
SDU təhsilalanlar üçün hərtərəfli tədris şəraiti yaradır. Müasir auditoriyalar, avadanlıqlar, tədris otaqları və geniş elektron kitabxana sistemi magistrantların daha rahat, əlçatan və keyfiyyətli təhsil almalarına xidmət edir.
 
8. Beynəlxalq əlaqələr
SDU-nun beynəlxalq əlaqələri genişlənir. Magistrantlar beynəlxalq təcrübə proqramlarında iştirak etmək və xaricdə təhsil almaq imkanı qazanırlar. Xaricdən təhsilalanların cəlb edilməsinə yönəlmiş “Parlaq Gələcək” təqaüdü təsis edilmişdir. Təqaüd 2 ilə qədər müddəti və bütün təhsil xərclərini əhatə edir. Bununla yanaşı, təhsilalanlar Tələbə Evində ödənişsiz qalmaq imkanı əldə edirlər.
 
9. Elmi tədbirlərdə iştirak
SDU magistrantların müxtəlif tədbirlərdə (simpozium, konfrans, vebinar) iştirakını dəstəkləyir. Onları elmi tədqiqatlara cəlb etmək məqsədilə, hər il may ayında Magistrantların Respublika Elmi Konfransının keçirilməsini təmin edir.

10.Geniş və yaşıllıqlarla əhatə olunmuş kampus
SDU müasir maddi-texniki bazaya və inkişaf etmiş infrastruktura sahib, yaşıl təhsil kompleksidir. Universitetin kampusu 3 tədris binası və Tələbə Evindən ibarətdir. Universitetin həyətində minifutbol, voleybol və basketbol meydançaları, beşzolaqlı olimpiya qaçış meydançası, şahmat döşəməsi və stolüstü tennis masaları quraşdırılmışdır. Əlavə olaraq, açıq səma altında energetika muzeyi və tədris-təcrübə poleqonu mövcuddur.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az