“Gələcək mühəndislər” layihəsi çərçivəsində təlimlər davam edir
Təlim proqramı mühəndislik sahəsi üzrə gələcək kadrların peşəkar bacarıqlarını inkişaf etdirərək, həm nəzəri, həm də praktiki biliklərə yiyələnmələrini təmin edir.
Yanvarın 21-də Sumqayıt Dövlət Universitetinin (SDU) STP Şirkətlər Qrupu ilə birgə “Gələcək mühəndislər” təlimlər proqramı çərçivəsində növbəti təlim təşkil edilib. SDU –nun spikerləri Tünzalə Babayeva və Azadə Əliyeva "Materialların mexaniki xüsusiyyətləri, termiki emalı" mövzusunda təqdimatla çıxış ediblər. Onlar iştirakçılara materialların xüsusiyyətləri, termiki emalı prosesləri ilə bağlı müasir mühəndislik yanaşmaları barədə məlumat veriblər. Təlimin ikinci hissəsində iştirakçılar mövzu ilə bağlı hazırlanan xüsusi quizdə iştirak edərək əldə etdikləri nəticələr barədə müzakirə aparıblar.