Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Evində isə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciəni əks etdirən videoçarx nümayiş olunub. Çıxışçılar 35 il əvvəl baş verən qanlı hadisələr barədə, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar. 20 Yanvar faciəsinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini, şəhidlərin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdıraraq şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd ediblər.