Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bullinq sosial-psixoloji problem kimi" adlı maarifləndirici seminar keçirilib
Yerləşdirilmə tarixi : 18 Aprel 2024 11:53
“Bullinq sosial-psixoloji problem kimi" adlı maarifləndirici seminar keçirilib

Aprelin 18-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər 12 saylı tam orta məktəbdə “Bullinq sosial-psixoloji problem kimi” adlı maarifləndirici seminar keçirilib. Seminarda universitetin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Zabitə İsayeva çıxış edərək məktəblərdə sağlam sosial-emosional mühitin formalaşmasına mane olan amillərin yaratdığı psixoloji fəsadlardan, şagirdlər arasında yaranan zorakılıq və onların növlərindən bəhs edib. Bildirib ki, bu problemlə mübarizə aparmaq təkcə psixoloqun işi deyil. Bu mövzuda bütün müəllimlər, məktəb rəhbərliyi, həmçinin valideynlər birgə çalışmalıdır. Sonra Filologiya fakültəsinin 939-cu qrupun tələbələri mövzu ilə bağlı təqdimatla çıxış edərək bullinqin sosial-psixoloji təsirlərini daha ətraflı izah ediblər. Tələbələr bullinqin nə olduğunu, onun fərqli formalarını və qarşısının alınması üçün tətbiq edilən müxtəlif strategiyaları əhatə edən materiallarla iştirakçıları maarifləndiriblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az