Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru “Təhsildə yeni çağırışlar” regional konfransında çıxış edib
Yerləşdirilmə tarixi : 27 Dekabr 2024 09:27
SDU-nun rektoru “Təhsildə yeni çağırışlar” regional konfransında çıxış edib

Dekabrın 25-də növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Sumqayıtda keçirilib. Konfrans Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilib. Konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransı açan Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov tədbir mövzusunun aktuallığından, SDU-nun yeni çağırışlarla bağlı həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, orta və ali məktəblərdə təhsilin əmək bazarına uyğunlaşdırılması əsas prioritet məsələlərdəndir. Bu məqsədlə universitet əmək bazarının tələblərinə cavab vermək üçün mütəmadi olaraq yenilənir və inkişaf etdirilir. Bunun nəticəsidir ki, 500 baldan yüksək nəticə göstərən abituriyentlər SDU-nu seçir. Sonra çıxış edən “T- Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü Elçin Əzimli, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova təhsildə yeni çağırışlarla bağlı müsbət təcrübələrdən danışıblar. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az