SDU-da Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib
Dekabrın 26-da saat 12:00-da Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Matəm günü ilə əlaqədar universitet binası qarşısında dövlət bayrağı endirilib. Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.