20 dekabr tarixində Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində sonuncu modul üzrə dərs keçirilmişdir. ”Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin İnnovasiya və Xidmət Dizayneri Halime Dilan Akbaş və şirkətin Xidmət Dizaynı Tərəfdaşı İdil Erinç Uysal "İnvestorlar üçün Pitch Deck hazırlığı" mövzusunda çıxış etdilər. Tələbələr potensial investorlar və ya müştərilər üçün biznes planın, məhsulların, xidmətlərin təqdimat üsulları haqqında biliklər əldə etdilər. Bildirək ki, Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramının məqsədi II və III kurs tələbələrində sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. 1 semestr davam edən dərs proqramında tələbələr Orta Şərq Texniki Universitetinin müəllimləri, ”Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçiləri, innovasiya və xidmət dizaynı sahəsində fəaliyyətin göstərən mütəxəssis və proqramçıların dərslərində məhsul yaradılması, bazara giriş, iş modelinin qurulması, satış startegiyalarının müəyyənləşdirilməsi haqqında biliklər əldə etdilər. Əlavə olaraq, tələbələrdə məhsulun dizayn olunması, loqo yaradılması, və sosial media profillərin yaradılması ilə bağlı praktiki bacarıqlar formalaşdırdırıldı. Qeyd edək ki, Proqram 27 dekabr tarixində tələbələrin final təqdimatları ilə yekunlaşacaqdır.