Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan hərb tarixində ilk qadın komandir müavini SDU-da olub
Yerləşdirilmə tarixi : 20 Dekabr 2024 20:44
Azərbaycan hərb tarixində ilk qadın komandir müavini SDU-da olub

Dekabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Mükəmməllik Mərkəzinin dəstəyi ilə “Qarabağ savaşında əfsanəvi qadın” adlı tədbir keçirilib. Tədbir Azərbaycan hərb tarixində ilk qadın komandir müavini, polis mayoru, şairə Aidə Şirinovaya həsr olunub. Tədbirdə universitetimizin əməkdaşları və tələbələri ilə yanaşı şəhid ailələri, Aidə Şirinovanın I Qarabağ müharibəsində iştirak etmiş silah yoldaşları, ictimai xadimlər və əməkdar müəllimlər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor Elmar Xəlilov SDU-nun rektoru Rüfət Əzizovun adından tədbir təşkilatçılarına təşəkkür etdikdən sonra iştirakçılara Aidə Şirinova haqqında məlumat verərək, onu kürsüyə dəvət edib. Aidə Şirinova çıxışına şeirlə başlayaraq, iştirakçılarla müharibə xatirələrini bölüşüb və gənclərə yaşamağı, yaşatmağı tövsiyə edib. Daha sonra tədbirin aparıcısı Aygün Hacıyevanın təqdimatında Aidə Şirinova ilə bağlı film nümayiş olunub. Tədbirin gedişatında Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev çıxış edərək Aidə Şirinovanın həyat və yaradıcılığından söz açıb. Tələbələrə şairənin yaradıcılığı ilə daha yaxından tanış olmağı təklif edib. Sonda tələbələr Aidə Şirinovaya suallar ünvanlayıblar. Sual-cavabda fəal iştirak edən tələbələrimizə Aidə Şirinovanın “Ey türk oğlu qalx ayağa !” adlı kitabı hədiyyə olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az