Dekabrın 20-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Şəbi-Hicran yanar canım...” adlı elmi-bədii seminar keçirilib. Açılış nitqi ilə çıxış edən Həsrət Süleymanov XVI əsrin qüdrətli sənətkarı Məhəmməd Füzulinin yaradıcılığı barədə ümumi məlumat verib. Tədbirdə dosent Arzu Hüseynova və baş müəllim Afət Rəfiyeva çıxış etdikdən sonra Məhəmməd Füzuli haqqında videoçarx nümayiş olunub. Daha sonra Məhəmməd Füzulinin “Məni candan usandırdı”, “Tərki-dünyalıq nədir?”, “Pənbeyi-daği-cünun...” qəzəlləri və “Anasının Leyliyə nəsihəti” şeir parçası səsləndirilib. Sonda dosent Böyükxanım Eminli çıxış edərək M.Füzulinin Azərbaycan ədəbiyyatı tarixində olan xüsusi mövqeyini bir daha vurğulayıb. Bildirib ki, Füzuli Azərbaycan ədəbiyyatının iftixarıdır və tələbələrin onun yaradıcılığına olan bu marağı diqqətəlayiqdir. O, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.