SDU-da professor müəllim heyətinin SCOPUS və Web of Science beynəlxalq elmmetrik bazalarında aktivliyini təmin etmək, yeni dövrün elmi nəticələri ilə tanış olmaq, innovativ layihələrdən yararlanmaq, eləcə də elmi fəaliyyətlərini, akademik məhsuldarlığını inkişaf etdirmək məqsədilə silsilə təlimlərin keçirilməsi planlaşdırılmışdır. Bu istiqamətdə dekabrın 19-da universitetin Davamlı İnkişaf Mərkəzində Magistratura, doktorantura və elm şöbəsi və Keyfiyyət təminatı və strategiya şöbəsinin birgə təşkilatçılığı ilə “SCOPUS və Web of Science beynəlxalq elmi məlumat bazalarında qeydiyyat və istifadə qaydaları” mövzusunda "Həmkardan həmkara öyrənmə" dəyərinin formalaşdırılmasını dəstəkləmək məqsədilə təlimə start verildi. Təlimdə hər kafedra üzrə mentorlar iştirak etdilər.