Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "XXI əsrdə mühasib olmaq asandırmı?" adlı seminar
Yerləşdirilmə tarixi : 19 Dekabr 2024 14:46
SDU-da "XXI əsrdə mühasib olmaq asandırmı?" adlı seminar

Dekabrın 19-da Sumqayıt Dövlət Universitetində “İnnab Business School” şirkəti və SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə "XXI əsrdə mühasib olmaq asandırmı?" adlı seminar təşkil edildi. Şirkətin korporativ satış rəhbəri Nərmin Sarıyeva açılış nitqi ilə çıxış edərək, “İnnab” şirkətinin fəaliyyəti, həyata keçirdiyi layihə, təlim və təqaüd proqramları haqqında məlumat verdi. Ardınca mühasibatlıq sahəsində geniş bilik və zəngin təcrübəyə malik təlimçi Nizami Qarayev mövzu ilə bağlı ətraflı çıxış etdi. O, mühasibatlıq sahəsinin keçdiyi inkişaf yolundan və bu inkişafın mühasiblərin peşəkar fəaliyyətinə necə təsir etdiyini izah etdi.Təlimçi süni zəkanın mühasibatlığa yaratdığı imkanlardan və bu sahədə yarana biləcək fəsadlardan da danışdı. O, mühasiblərin gələcəkdə bu dəyişikliklərə necə adaptasiya olmaları barədə faydalı məlumatlar verdi. Sonda seminarda fəallıq nümayiş etdirən tələbələrə hədiyyə kuponu təqdim olundu.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az