Mühəndislik fakültəsinin “Kimya mühəndisliyi və Ekologiya” kafedrasının baş müəllimi, a.e.ü.f.d. İslamzadə Rəhilə 24.11.2024-08.12.2024 tarixlərində Qazaxıstanın Kostanay bölgəsində “Akhmet Baitursynuly Kostanay Regional Universiteti”ndə AGROBIGEN-in dəstəyi ilə başlanılmış “Qazaxıstanın Kostanay bölgəsi Çernozyem torpaqlarının məhsuldarlıq potensiyalları,torpaqların fiziki, kimyəvi, bioloji xüsusiyyətləri ilə qida tərkibi, torpaqdan və yarpaqdan tətbiq ediləcək gübrələmə strategiyaları” mövzusunda Qazaxıstan, Türkiyə və Azərbaycanın müttəfiq olduğu Beynəlxalq Ar-Ge layihəsinin iclasında iştirak etmişdir. Ezamiyyə müddətində Türkiyənin Ondokuz Mayıs Universitetinin Professor heyəti Prof. Rıdvan Kızılkaya və Prof. İzzet Akça ilə layihə çərçivəsində Kostanay bölgəsi Çernozyem torpaqların analizləri, analiz nəticələrinin qiymətləndirilməsi və müzakirəsi keçirilmişdir. 2 həftəlik görüşdə layihə nəticələri məqalə şəklində işlənmiş, “Sustainable nutrient management and agricultural productivity in chernozem soils of the Kostanay Region, Kazakhstan” başlıqlı məqalə SCOPUS bazasında tanınan “Eurasian Journal of Soil Science” jurnalına göndərilmişdir. ( https://ejss.fesss.org/10.18393/ejss.1592633 ) Qərara alınmışdır ki, layihənin davamı həm Azərbaycanda, həm də Qazaxıstanda işlənilsin. Bunun üçün lazımi müzakirələr aparılmışdır.