Dekabrın 18-də ölkənin qabaqcıl universitetlərindən biri olan ADA Universitetinin nümayəndələri Sumqayıt Dövlət Universitetində (SDU) olublar. Tədris Metodik Mərkəzinin direktoru, dosent Osman Hacıyev açılış nitqi ilə çıxış edərək ADA Universitetinin fəaliyyət istiqamətlərindən və uğurlarından danışdıqdan sonra sözü ADA Universitetinin Tələbə Qəbulu Şöbəsində magistrantların qəbulu üzrə məsləhətçi Nəzrin Əlizadəyə verib. Tələbələr cari tədris ilində təhsil və təqaüd imkanları barədə məlumatlandırıldıqdan sonra onlara ADA Universitetində təklif olunan yeni ixtisas və proqramlardan bəhs olunub. Daha sonra Fərdi və Peşəkar İnkişaf üzrə müəllim Aygün Məmmədova “Məqsədli Danış” seminarında çıxış edib. Görüşün sonunda tələbələrə suallar ünvanlamaq və məlumat almaq imkanı yaradılıb.