Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Rəqəmsal təlim texnologiyaları və oyunlaşdırma” mövzusunda təlim
Yerləşdirilmə tarixi : 17 Dekabr 2024 17:27
“Rəqəmsal təlim texnologiyaları və oyunlaşdırma” mövzusunda təlim

Dekabrın 17-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası və Tədris Metodik Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal təlim texnologiyaları və oyunlaşdırma" mövzusunda təlim keçirildi. Təlimin açılışında Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Məftun Heydərova tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verdi. O, belə tədbirlərin təhsildə innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini və müəllimlərin peşəkar inkişafını dəstəklədiyini vurğuladı. Tədris Metodik Mərkəzinin direktoru, dosent Osman Hacıyev çıxış edərək universitetdə son dövrlərdə informasiya texnologiyaları sahəsində keçirilən təlimlər barədə ətraflı məlumat verdi. Eyni zamanda, həmkardan-həmkara öyrənmə mexanizminin müasir təhsil yanaşmalarında böyük rol oynadığını diqqətə çatdırdı. Sonra Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Aygün Tağıyeva iştirakçılara rəqəmsal təhsil platformalarının təhsildəki rolu barədə ətraflı məlumat verdi. O, bu platformaların təhsildə interaktivlik və əyləncə elementləri ilə necə inteqrasiya olunduğunu vurğuladı. Həmçinin populyar rəqəmsal texnologiyaların üstünlükləri barədə danışdı və bu alətlərin təhsildə daha geniş tətbiq sahələrinə sahib olduğunu bildirdi. Təlimdə Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müəllimi Könül Əliyeva “Cisco Packet Tracer” proqramı haqqında ətraflı məlumat verdi və proqramın tətbiqi ilə bağlı nümunəvi videoçarx nümayiş etdirdi. Təlimin gedişatında tələbələr virtual laboratoriyalarda işlədikləri laboratoriya işlərini təqdim etdilər. Təlimin növbəti mərhələsində isə baş müəllim Vüsalə Süleymanova Kahoot! platformasında oyunlaşdırma elementlərinin necə tətbiq edildiyini iştirakçılara göstərdi. O, bu platformanın təqdimatını apararaq iştirakçılara istifadə qaydalarını izah etdi və oyun vasitəsilə öyrənmənin nə dərəcədə effektiv olduğunu praktiki nümunələr üzərindən nümayiş etdirdi. Sonda iştirakçılar əyləncəli quizlər və interaktiv tədris tətbiqləri vasitəsilə öyrənmə prosesini birbaşa təcrübə etdilər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az