Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş
Yerləşdirilmə tarixi : 09 Dekabr 2024 17:44
“Keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolu” mövzusunda görüş

Keyfiyyət təminatı və strategiya şöbəsi (KTS) ilə 06.12.2024-cü il tarixində Mühəndislik, 09.12.2024-cü il tarixində isə Təbiət elmləri fakültələrinin akademik və inzibati heyəti arasında görüş baş tutdu. Hər iki görüşün əsas məqsədi universitetin keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin rolunu diqqətə çatdırmaq olmuşdur. KTS şöbəsinin müdiri Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri haqqında akademik heyətə məlumat verdi. O, universitetin müəyyən olunmuş məqsədlərlə bağlı fəaliyyətində daxili keyfiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini qeyd etdi. Gülnar Cəfərova PİNT (planlaşdır, icra/tətbiq et, nəzarət et, tədbir gör) tsikli, universitetdə tətbiq edilən monitorinq və qiymətləndirmə metodları, sorğuların təşkili metodologiyası haqqında əməkdaşları məlumatlandırdı. Görüşlər zamanı şöbə tərəfindən təşkil edilmiş sorğunun nəticələri ətrafında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı. Sonda açıq dərslərin qiymətləndirilmə meyarları müzakirə olunmaqla, fakültələrdən gələcək təkliflərin dəyərləndiriləcəyi bildirildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az